Report-un AQTA-ya istinadən verdiyi məlumata görə, ölkə ərazisində nə xəstəliyin törədicisi, nə də şübhəli klinik əlamətləri olan quşlar qeydə alınıb.

Bundan başqa, ev quşlarından götürülmüş diaqnostik nümunələr Nyukasl xəstəliyinə də yoxlanılıb – yoluxma halları aşkar edilməyib.

Epizootik monitorinq aprelin 6–10-da respublikanın bütün ərazisində, o cümlədən Naxçıvan Muxtar Respublikasında aparılıb. Müşahidələr çərçivəsində epizootik risklərin qiymətləndirilməsi əsasında müəyyən edilmiş qoruqların, ovçuluq təsərrüfatlarının və milli parkların su-bataqlıq və sahil zonaları əhatə olunub.