- Азербайджан представлен на Первом Шелковом пути финансово-технологическом форуме в Ташкенте.
- Заместитель председателя Центрального банка Азербайджана Вюсал Халилов выступил на форуме.
- Халилов участвовал в панельной дискуссии на тему 'Регулирование границ - искусственный интеллект и токенизация'.
- Он рассказал о инициативах Центрального банка по продвижению финтеха, расширению цифровых финансовых услуг и интеграции инноваций.
Azərbaycan "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nda təmsil olunub.
Day.Az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Belə ki, Mərkəzi Bankın sədr müavini Vüsal Xəlilov Özbəkistan Respublikasının paytaxtı Daşkənd şəhərində keçirilən "İlk İpək Yolu Maliyyə və Texnologiya Forumu"nun spikerlərindən biri olub.
Vüsal Xəlilov "Sərhədlərin tənzimlənməsi - süni intellekt və tokenləşdirmə" mövzusunda keçirilən müzakirə panelində çıxışı zamanı maliyyə sektorunda sürətlə inkişaf edən texnologiyaların yaratdığı yeni imkanlar və çağırışlar, tənzimləyici yanaşmaların müasir texnoloji trendlərə uyğunlaşdırılması, həmçinin süni intellekt və tokenləşdirmənin maliyyə xidmətlərinin gələcəyinə təsiri barədə fikirlərini bölüşüb.
O, Azərbaycanda maliyyə texnologiyalarının təşviqi, rəqəmsal maliyyə xidmətlərinin genişləndirilməsi və yeni innovasiyaların maliyyə sektoruna inteqrasiyası istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilən təşəbbüslər barədə məlumat verib.
Комментарии
Загрузка…
Оставить комментарий