- Президент Беларуси Александр Лукашенко поздравил первого вице-президента Азербайджана Мехрибан Алиеву с днем рождения.
- В поздравлении отмечается вклад Алиевой в развитие Азербайджана и укрепление стратегического партнерства между Беларусью и Азербайджаном.
- Лукашенко выразил уверенность в продолжении сотрудничества и реализации совместных проектов.
Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.
Sizin vətənpərvərliyiniz və Azərbaycana fədakarcasına xidmətiniz, ölkənin inkişafına dair əsas məsələlərə diqqətiniz və töhfəniz hörmət və heyranlıq hissləri doğurur. Belarusda Sizin Minsk ilə Bakı arasında strateji tərəfdaşlığın möhkəmlənməsinə, həmçinin münasibətlərimizin haqlı olaraq əsl dostluq nümunəsi hesab oluna biləcəyi etimad ab-havasının və qarşılıqlı anlaşmanın dəstəklənməsinə verdiyiniz töhfəni yüksək qiymətləndirirlər.
Əminəm ki, Sizin səmərəli fəaliyyətiniz birgə layihələrin həyata keçirilməsinə, Belarus ilə Azərbaycan arasında açıq və konstruktiv dialoq ruhunda əməkdaşlığın bundan sonra da genişləndirilməsinə kömək edəcək.
Hörmətli Mehriban Arif qızı, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, rifah və yeni nailiyyətlərin əldə olunmasında uğurlar arzulayıram".
Комментарии
Загрузка…
Оставить комментарий