- Гражданин Азербайджана Адалят Мустафаев экстрадирован из Казахстана в Азербайджан.
- Он обвиняется в мошенничестве, совершенном группой лиц в крупном размере.
- Мустафаев был объявлен в международный розыск после того, как скрылся от следствия.
- Экстрадиция осуществлена на основании Конвенции о правовой помощи от 07.10.2002.
- Мустафаев доставлен в Азербайджан под конвоем Пенитенциарной службы.
Dələduzluqda ittiham olunan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib.
Day.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin məlumatında qeyd edilib.
Bildirilib ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun vəsatəti əsasında Qazaxıstan Respublikasının Baş Prokurorluğu tərəfindən
"Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında"
07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşı Mustafayev Ədalət Fərman oğlunun ekstradisiyası haqqında qərar qəbul olunub.
"Belə ki, Bakı şəhəri Xəzər rayon polis idarəsində ibtidai istintaq edilən cinayət işi üzrə Ədalət Mustafayevin qabaqcadan əlbir olan bir qrup şəxs halında xeyli miqdarda ziyan vurmaqla dələduzluq cinayətini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib və o, istintaqdan yayınaraq gizləndiyinə görə beynəlxalq axtarışa verilib. Ədalət Mustafayev Qazaxıstan Respublikasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətirilib. Baş Prokurorluq beynəlxalq axtarışda olan şəxslərin müəyyən edilərək Azərbaycan Respublikasına ekstradisiya olunması istiqamətində xarici tərəfdaş qurumlar, o cümlədən İnterpol ilə sıx əməkdaşlığı bundan sonra da davam etdirəcək"
, - deyə məlumatda bildirilib.
Комментарии
Загрузка…
Оставить комментарий