- Начался прием без приоритета на свободные места в подготовительные группы школ на 2026-2027 учебный год.
- Для азербайджанского сектора заявки можно подавать с 4 августа 15:00, для секторов с обучением на других языках - с 5 августа 15:00.
- Приоритетный прием проводился с 21 июля по 4 августа для азербайджанского сектора и с 22 июля по 5 августа для русского сектора.
- При электронной регистрации родитель может выбрать только одну школу и не может отменить заявку после подтверждения школой.
- Прием документов в школы будет проходить с 1 по 30 сентября 2026 года.
MÜTDA-nın 2026-2027-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına uşaqların qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair sənəd ə əsasən, valideynlər prioriteti olmayan övladları üçün üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin boş qalan yerlərinə tədris digər dillərdə aparılan bölmələr üzrə 5 avqust saat 15:00-dan etibarən sərbəst qaydada sorğu yerləşdirə bilərlər.
Azərbaycan bölməsi üzrə isə 4 avqust saat 15:00 - dan etibarən sorğu yerləşdirmək aktivləşib.
Qeyd edək ki, prioritet Azərbaycan bölməsi üzrə 21 iyul - 4 avqust, rus bölməsi üzrə 22 iyul -5 avqust tarixlərində tətbiq edilib.
Elektron qeydiyyat zamanı valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır. Məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra valideyn sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda başqa məktəb seçimi edə bilər.
Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Xatırladaq ki, məktəhazırlıq qrupları üzrə ərizələrin onlayn qeydiyyatı 2026-cı ilin iyul ayının 10-dan, Azərbaycan bölməsi üzrə məktəb seçimi Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri istisna olmaqla digər rayon və şəhərlər üzrə 21 iyul saat 11:00 - dan, Bakı şəhəri üzrə 21 iyul saat 15:00 - dan, tədris digər dillərdə aparılan bölmələr üzrə isə məktəb seçimi 22 iyul saat 11:00 - dan başlayıb. Məktəbəhazırlıq qruplarına qəbul 14 sentyabr saat 18:00-da yekunlaşacaq.
Ümumi təhsil müəssisələrinə sənədlərin təqdim olunması isə 01 - 30 sentyabr 2026-cı il tarixləri arasında aparılacaq.
Комментарии
Загрузка…
Оставить комментарий