- Регистрация для поступивших на бакалавриат начнется завтра и продлится с 28 августа 11:00 до 8 сентября 18:00.
- Регистрация осуществляется только через портал my.gov.az.
- Не прошедшие регистрацию и не получившие подтверждение от учебного заведения будут исключены из списков поступивших.
- Абитуриенты должны войти в личный кабинет через mygov ID, выбрать услугу 'Регистрация обучающихся в высшие и средние специальные учебные заведения'.
- При регистрации можно указать желание получить студенческий образовательный кредит и социальный статус.
Abituriyentlər qeydiyyat üçün əvvəlcə mygov ID (vahid giriş sistemi) vasitəsilə my.gov.az portalındakı şəxsi kabinetlərinə daxil olmalıdırlar. Daha sonra portalın "Xidmətlər" bölməsinin "Qurumlar" kateqoriyasından Elm və Təhsil Nazirliyini seçməli və burada təqdim olunan "Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalanların qeydiyyatı" xidmətinə keçid etməlidirlər.
Xidmətə daxil olduqdan sonra abituriyentin şəxsi məlumatları ekranda əks olunur. Məlumatların düzgünlüyünü yoxladıqdan sonra qəbul məlumatları ilə tanış olur və növbəti mərhələyə keçirlər. Qeydiyyat zamanı elektron sistemdə mövcud olmayan hər hansı məlumat üzrə sənəd tələb olunarsa, həmin sənədi sistemə yükləyirlər.
Abituriyent daha sonra "Güzəştli qəbul" bölməsində tələbə təhsil krediti almaq istəyib-istəmədiyini qeyd edir. Həmçinin sosial baxımdan həssas əhali qrupuna aid olub-olmadığını seçir. "Bəli" seçdiyi halda, uyğun sosial statusu və onu təsdiq edən sənədləri sistemə əlavə edir.
Son mərhələdə daxil etdiyi məlumatların düzgünlüyünü yoxlayır, məlumatların toplanmasına və istifadəsinə razılıq verərək qeydiyyatı tamamlayır.
Abituriyentlər müraciətinin statusunu "Xidmətin tarixçəsi" bölməsindən izləyə bilərlər. Müraciət "Ödəniş edilməlidir" statusunda olduqda təhsil haqqını "Onlayn ödə" funksiyası ilə ödəmək və ya ödənişi başqa üsulla həyata keçirdikləri halda ödənişi təsdiq edən sənədi "Qəbzi yüklə" seçimi vasitəsilə sistemə əlavə etmək mümkündür.
Qeydiyyat müraciəti təhsil müəssisəsi tərəfindən yoxlanılaraq təsdiqləndikdən sonra proses tamamlanmış hesab olunur. Qeydiyyatın təsdiqlənməsi barədə məlumat vətəndaşa "mygov" platforması üzərindən bildiriş vasitəsilə göndərilir.
Комментарии
Загрузка…
Оставить комментарий