- В Ташкенте проходит второй день форума Silk Road Finance and Technology Forum.
- Форум организован Центральным банком Узбекистана и сингапурской сетью Global Finance & Technology Network (GFTN).
- В форуме участвуют более 6000 участников и около 200 спикеров из 74 стран.
- Обсуждаются практическое применение цифровых валют, развитие трансграничных финтех-коридоров и активизация инвестиционного сотрудничества.
- Среди тем - внедрение Regulatory Sandbox 2.0, венчурные программы и законодательные инициативы в области исламского финансирования.
Day.Az Trend -ə istinadən verir ki, forum Özbəkistan Respublikasının Mərkəzi Bankı və Sinqapurun beynəlxalq "Global Finance & Technology Network" (GFTN) şəbəkəsinin birgə təşkilatçılığı ilə keçirilir.
Tədbir tənzimləyici qurumların rəhbərləri, aidiyyəti nazirliklərin nümayəndələri, beynəlxalq maliyyə institutları və idarə olunan aktivlərinin ümumi həcmi 4 milyard ABŞ dollarından çox olan investorlar da daxil olmaqla, dünyanın 74 ölkəsindən 6 mindən çox iştirakçını və 200-ə yaxın spikeri bir araya gətirib.
İkinci günün əsas sessiyaları çərçivəsində nümayəndə və ekspertlər ənənəvi bankçılıqdan rəqəmsal maliyyə ekosistemlərinə keçidlə bağlı praktiki addımları, açıq bankçılığın (Open Banking) inkişafını, həmçinin sabit tokenlər (steyblkoinlər) və milli rəqəmsal valyutalar (CBDC) üçün normativ çərçivələri müzakirə edirlər.
Əsas mövzular arasında Özbəkistan tənzimləyicisi tərəfindən yenilənmiş beynəlxalq tənzimləyici "sandbox"un (Regulatory Sandbox 2.0) istifadəyə verilməsi, vençur proqramlarının həyata keçirilməsi və İslam maliyyələşdirilməsi sahəsində qanunvericilik təşəbbüsləri yer alır.
Forum iştirakçıları maliyyə sektorunda süni intellektin fəal tətbiqi şəraitində kibertəhlükəsizlik və fərdi məlumatların qorunması məsələlərinə, həmçinin beynəlxalq texnoloji startapların cəlb edilməsi üçün əlverişli mühitin yaradılmasına da xüsusi diqqət yetirəcəklər.
Комментарии
Загрузка…
Оставить комментарий