- Узбекистан ускоряет переход к цифровой финансовой экосистеме.
- В Ташкенте проходит форум Silk Road Finance & Technology Forum, организованный Центральным банком Узбекистана и сингапурской сетью Global Finance & Technology Network (GFTN).
- Форум собрал более 6000 представителей из 70 стран, включая экспертов из Узбекистана, Таджикистана и ведущих международных компаний.
- Основная цель форума - превратить Узбекистан в главный финансовый и технологический центр Центральной Азии, привлечь инвестиции в IT-сферу и ускорить развитие цифровых платежей.
Day.Az xəbər verir ki, Trend -in Daşkəndə ezam olunmuş xüsusi müxbirinin məlumatına görə, bu proses Silk Road Finance & Technology Forum çərçivəsində xüsusilə aydın hiss olunur.
Onun sözlərinə görə, Özbəkistan regionun texnoloji və maliyyə həlləri üçün əsas cazibə mərkəzlərindən birinə çevrilir.
Bu miqyasda ilk dəfə keçirilən forumun əsas istiqaməti nağd ödənişlərdən tədricən geniş rəqəmsallaşmaya, rəqəmsal maliyyə və fintexin inkişafına keçiddən ibarətdir.
Özbəkistan, Tacikistan və dünyanın aparıcı beynəlxalq şirkətlərindən olan mütəxəssislər yeni texnoloji əlaqələr qururlar. Müzakirələrin mərkəzində genişmiqyaslı inteqrasiya, innovasiyaların tətbiqi və bütün Mərkəzi Asiyanın gələcək inkişafı üçün texnoloji bazanın formalaşdırılması dayanır.
Xatırladaq ki, Silk Road Finance & Technology Forum Özbəkistan Respublikası Mərkəzi Bankının Sinqapurun Global Finance & Technology Network (GFTN) şəbəkəsi ilə birgə təşkil etdiyi beynəlxalq fintex platformasıdır. Forum Daşkənddə, CAEx sərgi mərkəzində və İslam Sivilizasiyası Mərkəzində keçirilir və 70-dən çox ölkədən maliyyə sektorunun, tənzimləyici qurumların və İT şirkətlərinin 6000-dən çox nümayəndəsini bir araya gətirir. Təşəbbüsün əsas məqsədi Özbəkistanı Mərkəzi Asiyanın əsas maliyyə və texnologiya mərkəzinə çevirmək, İT sahəsinə investisiyalar cəlb etmək və rəqəmsal ödənişlərin inkişafını sürətləndirməkdir.
Комментарии
Загрузка…
Оставить комментарий