- В Исмаиллы произошло смертельное ДТП.
- Авария произошла на 29-м километре автодороги Муганлы-Исмаиллы.
- Автомобиль Toyota Land Cruiser перевернулся.
- Водитель, 41-летний Самир Абдуллаев, скончался на месте.
- Погибший был бизнесменом, планировал открытие ресторана.
İsmayıllıda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Day.Az qafqazinfo-ya istinadən xəbər verir ki, qəza dünən axşam saatlarında Muğanlı-İsmayıllı avtomobil yolunun 29-cu kilometrliyində qeydə alınıb.
Hərəkətdə olan "Toyota Land Cruiser" markalı avtomobil idarəetmədən çıxaraq yoldan aşıb.
Qəza nəticəsində avtomobili idarə edən 41 yaşlı Samir Abdullayev ağır xəsarətlər alıb. O, aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Yaxınlarının sözlərinə görə, Samir Abdullayev iş adamı olub. Onun bu gün İsmayıllı rayonunda yeni restoranının açılışını keçirməyi planlaşdırdığı bildirilib.
Комментарии
Загрузка…
Оставить комментарий