Şirvan kanalına düşərək ölən Göyçay sakininin meyiti İsmayıllıda tapılıb.

Day.Az Trend -ə istinadən xəbər verir ki, hadisə avqustun 15-də baş verib.

Göyçay rayon sakini Tahir Qafar oğlu Quliyev Şirvan kanalına düşərək həyatını itirib.

Onun meyiti avqustun 16-da kanalın İsmayıllı rayonunun Qubaxəlilli kəndi yaxınlığından keçən hissəsində aşkar edilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.