- В Азербайджане ведутся работы по картографированию почв.
- Директор Центра лабораторной экспертизы и сертификации (LESM) Магомед Эльдаров сообщил об этом на дне открытых дверей в Центральной лаборатории Агентства аграрных услуг.
- При составлении карты планируется использовать результаты анализов почвы за последние 8-10 лет.
- Карта будет представлена в следующем году.
- Работы ведутся совместно с Агентством аграрных услуг, Центром лабораторных услуг и научно-исследовательскими институтами.
Azərbaycanda torpaqların xəritələnməsi üzrə işlər aparılır.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bunu Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin (LESM) direktoru Məhəmməd Eldarov Aqrar Xidmətlər Agentliyinin Mərkəzi Laboratoriyasında keçirilən "Açıq qapı" günündə deyib.
Onun sözlərinə görə, xəritənin hazırlanması zamanı son 8-10 il ərzində aparılmış torpaq analizlərinin nəticələrindən istifadə edilməsi nəzərdə tutulur.
"Əlimizdə təxminən son 8-10 ilin məlumatları var. Həmin məlumatlar əsasında koordinatlar göstərilməklə rayon, kənd və konkret sahələr üzrə nəticələrin təhlili aparılacaq. Məqsəd bütün bu illər ərzində əldə edilmiş nəticələr əsasında torpaqların göstəricilərini əks etdirən xəritənin hazırlanmasıdır", - deyə M.Eldarov bildirib.
O qeyd edib ki, işlər Aqrar Xidmətlər Agentliyi, Laboratoriya Xidmətləri Mərkəzi, eləcə də müvafiq elmi-tədqiqat institutlarının torpaqşünas və aqronomları ilə birgə həyata keçirilir.
M.Eldarov bildirib ki, xəritənin gələn il təqdim edilməsi planlaşdırılır.
LESM direktoru fermerlərin torpağa düzgün yanaşmasının və analizlərin nəticələrinə əsasən gübrələrdən səmərəli istifadəsinin vacibliyini də vurğulayıb.
AXA tərəfindən fermerlərə bildirilir ki, torpaq analizinin aparılmasında əsas məqsəd torpağın vəziyyəti barədə düzgün məlumat əldə etmək və nəticələrə uyğun aqrotexniki tədbirlər həyata keçirməkdir. Fermerlərə analizlərin nəticələri əsasında torpaqda hansı elementlərə ehtiyac olduğu və müvafiq gübrələrin tətbiqinin zəruriliyi ilə bağlı tövsiyələrin verilməsi nəzərdə tutulur.
"Fermerə düzgün tövsiyə verilməlidir ki, konkret sahədə, məsələn, kalium tərkibli gübrənin tətbiqinə ehtiyac var, yoxsa yoxdur. Bəzən fermerlər hər dəfə eynitərkibli gübrədən istifadə edirlər və nəticədə torpaqda müəyyən elementlərin bloklanması baş verir", - deyə o əlavə edib.
M.Eldarovun sözlərinə görə, aparılan analizlər zamanı bəzi yerli kənd təsərrüfatı məhsullarında müəyyən gübrə elementlərinin miqdarının normadan artıq olması hallarına rast gəlinib. O, bunu fermer və toxumçuların gübrələrin düzgün tətbiqi ilə bağlı kifayət qədər məlumatlı olmaması ilə əlaqələndirib.
Direktor qeyd edib ki, gələcək hədəflərdən biri respublika üzrə aparılan torpaq analizlərinin nəticələri əsasında fermerlərə müvafiq tövsiyələrin də təqdim edilməsidir.
Комментарии
Загрузка…
Оставить комментарий