Bakıda gecə klubunda baş verən yanğın söndürülüb.

Bu barədə Day.Az -a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində obyektin dam örtüyündə elektrik naqillərində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

"Burju Baku" gecə klubunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Day.Az -a bildirilib ki, Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən obyektin dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.