Day.Az Trend -ə istinadən xəbər verir ki, Xocavənd rayonunun Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Bu mərhələdə Xocavənd şəhərinə 19 ailə - 88 nəfər, Qırmızı Bazar qəsəbəsinə 11 ailə - 42 nəfər, Quzeyxırman kəndinə isə 13 ailə - 61 nəfər köçürülür.