Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.

Day.Az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.

Bildirilib ki, əlavə qatar reysləri sentyabrın 5, 6, 12 və 13-də həyata keçiriləcək.

Qeyd olunub ki, Bakı-Ağstafa-Bakı, eləcə də Bakı-Qazax-Bakı marşrutları üzrə ənənəvi qrafiklə gündəlik səfərlər də təşkil olunur.

Sərnişinlər biletləri Bakı və Gəncə Dəmiryol vağzallarının kassalarından, ADY-nin rəsmi saytından və "ADY Mobile" tətbiqindən əldə edə bilərlər.