- Доля туристических сфер в ненефтяном ВВП Азербайджана должна достичь 8,6% к 2030 году.
- Государственная программа на 2026-2030 годы утверждена указом президента Ильхама Алиева от 20 августа 2026 года.
- Планируется увеличение доли с 7,5% в 2025 году до 8,6% в 2030 году.
- Добавленная стоимость в туристических сферах вырастет с 6,96 млрд манатов в 2025 году до 12,17 млрд манатов в 2030 году.
- Число иностранных туристов вырастет с 2,57 млн в 2025 году до 3,8 млн в 2030 году.
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin 20 avqust 2026-cı il tarixli Sərəncamı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"
nda əksini tapıb.
Dövlət Proqramına əsasən, turizm üçün xarakterik sahələrin qeyri-neft-qaz ÜDM-də payının 2025-ci ildəki 7,5%-dən 2026-cı ildə 7,6%-ə, 2027-ci ildə 7,8%-ə, 2028-ci ildə 8,1%-ə, 2029-cu ildə 8,4%-ə və 2030-cu ildə 8,6%-ə yüksəldilməsi hədəflənir.
Beləliklə, göstəricinin 2026-2030-cu illərdə orta hesabla illik 1,1 faiz bəndi artması nəzərdə tutulur.
Proqram çərçivəsində turizm üçün xarakterik sahələrdə yaradılmış əlavə dəyərin də əhəmiyyətli dərəcədə artırılması planlaşdırılır. Belə ki, bu göstəricinin 2025-ci ildəki 6 milyard 962,8 milyon manatdan 2030-cu ildə 12 milyard 170,9 milyon manata çatdırılması gözlənilir. Bu, real ifadədə təxminən 40%-lik artım deməkdir.
"Turistlərin yerləşdirilməsi və ictimai iaşə" iqtisadi fəaliyyəti üzrə yaradılmış əlavə dəyərin isə 2025-ci ildəki 3 milyard 573 milyon manatdan 2030-cu ildə 6 milyard 189,3 milyon manata yüksəldilməsi hədəflənir. Bu göstərici üzrə real artımın təxminən 41,6% olacağı gözlənilir.
Dövlət Proqramında turizm üzrə daxilolmaların da artırılması nəzərdə tutulur. Xarici turist xərcləri hesabına turizm üzrə daxilolmaların 2025-ci ildə faktiki 3,3 milyard manat olduğu halda, 2030-cu ildə 6,3 milyard manata çatdırılması proqnozlaşdırılır. Bu, təxminən 2 dəfə artım deməkdir.
Həmçinin Azərbaycana səfər edən əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayının 2025-ci ildəki 2 milyon 570,2 min nəfərdən 2030-cu ildə 3 milyon 798,8 min nəfərə yüksəlməsi gözlənilir. Bu göstərici üzrə orta illik artımın 8,1% təşkil edəcəyi proqnozlaşdırılır.
Ölkə daxilində turizm məqsədilə səfər edən Azərbaycan vətəndaşlarının sayının isə 2025-ci ildəki 5 milyon 862,2 min nəfərdən 2030-cu ildə 7 milyon 367,6 min nəfərə çatdırılması nəzərdə tutulur. Burada orta illik artım hədəfi 4,7% müəyyənləşdirilib.
Eyni zamanda, mehmanxanalarda keçirilən gecələmələrin sayının 2025-ci ildəki 4 milyon 569,5 mindən 2030-cu ildə 6 milyon 321,2 minə çatdırılması planlaşdırılır. Bu göstərici üzrə orta illik artımın 6,7% olacağı gözlənilir.
Комментарии
Загрузка…
Оставить комментарий