Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün təsdiqlədiyi "Turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb.
Dövlət proqramında qeyd edilib ki, Azərbaycanda 2030-cu ilə qədər hava nəqliyyatı ilə qeyri-müntəzəm (çarter) uçuşların təşkilinə görə təşkilatçıların xərclərinin kompensasiyası ilə bağlı subsidiya mexanizmi, hədəf turizm bazarları üzrə əlavə müntəzəm aviareyslərin təşkili ilə bağlı subsidiya mexanizmi, turizm əhəmiyyətli tədbirlərin, o cümlədən konsert, əyləncəli proqramların təşkilinə görə tədbir təşkilatçılarının xərclərinin bir hissəsinin kompensasiyası ilə bağlı subsidiya mexanizmi yaradılacaq.
Həmçinin yerləşmə xidmətlərinin infrastrukturu üzrə investorlara subsidiya dəstəyin verilməsi, turoperatorlara ölkəyə gətirilən əcnəbi turistlərə görə subsidiya verilməsi nəzərdə tutulur.
Комментарии
Загрузка…
Оставить комментарий