Day.Az -a açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov bildirib ki, yay tətilinin başa çatması, həmçinin məzuniyyət dövrünün yekunlaşması ilə şəhərdə hərəkətlilik əhəmiyyətli dərəcədə artır.

O, qeyd edib ki, dərslərin başlaması ilə xüsusilə Bakı şəhərində ictimai nəqliyyata olan tələbat yüksəlir.

"Şəhər nəqliyyatında əsas yükü metro daşıdığı üçün bu artım birbaşa metro sisteminin və digər nəqliyyat vasitələrinin yüklənməsinə səbəb olur. Bunun nəticəsində nəqliyyat infrastrukturunun mövcud imkanları bəzi ərazilərdə tələbatı tam qarşılamaqda çətinlik çəkir. Bakı şəhərinin elə əraziləri və zonaları var ki, burada metro nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilib və metro olmadan sərnişin axınını təsəvvür etmək demək olar mümkün deyil. Bu səbəbdən metro xətlərində və ya stansiyalarda baş verən hər hansı texniki və ya digər problem qısa müddətdə böyük narahatlığa və nəqliyyat sıxlığına gətirib çıxara bilər. Mövcud alternativ nəqliyyat vasitələri isə hazırkı sərnişin yükünü tam şəkildə öz üzərinə götürmək imkanında deyil. Bu vəziyyət nəqliyyat infrastrukturunun balanslaşdırılmasının və alternativ marşrutların inkişaf etdirilməsinin zəruriliyini göstərir", - o deyib.

"Şəhər nəqliyyatında əsas yükü metro daşıdığı üçün bu artım birbaşa metro sisteminin və digər nəqliyyat vasitələrinin yüklənməsinə səbəb olur. Bunun nəticəsində nəqliyyat infrastrukturunun mövcud imkanları bəzi ərazilərdə tələbatı tam qarşılamaqda çətinlik çəkir. Bakı şəhərinin elə əraziləri və zonaları var ki, burada metro nəqliyyat sisteminin ayrılmaz hissəsinə çevrilib və metro olmadan sərnişin axınını təsəvvür etmək demək olar mümkün deyil. Bu səbəbdən metro xətlərində və ya stansiyalarda baş verən hər hansı texniki və ya digər problem qısa müddətdə böyük narahatlığa və nəqliyyat sıxlığına gətirib çıxara bilər. Mövcud alternativ nəqliyyat vasitələri isə hazırkı sərnişin yükünü tam şəkildə öz üzərinə götürmək imkanında deyil. Bu vəziyyət nəqliyyat infrastrukturunun balanslaşdırılmasının və alternativ marşrutların inkişaf etdirilməsinin zəruriliyini göstərir"

, - o deyib.