- В Азербайджане 667 пациентов получают заместительную терапию метадоном.
- Программа реализуется в трех центрах: Республиканский наркологический центр (258), Центр борьбы со СПИДом (288), Сумгаитский наркологический центр (121).
- За январь-июль 2026 года на горячую линию '802' поступило 548 обращений граждан.
- Из обращений 77 касались незаконного оборота наркотиков, 41 - лечения наркозависимости, 430 - повторных обращений и других вопросов.
- По обращениям отправлено 118 писем в соответствующие органы.
Azərbaycanda 667 xəstə metadonla əvəzedici müalicə alır.
Day.Az xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupunun məlumatında qeyd edilib.
Bildirilib ki, hazırda metadonla əvəzedici müalicə proqramı üç məntəqədə həyata keçirilir:
"Respublika Narkoloji Mərkəzində 258, QİÇS-lə Mübarizə Mərkəzində 288, Sumqayıt Narkoloji Mərkəzində isə 121 nəfər müalicə alır".
"Bundan başqa, 2026-cı ilin yanvar-iyul aylarında "802" qaynar xətt xidmətinə 548 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 77-si narkotik vasitələrin qanunsuz dövriyyəsi, 41-i narkotik asılılıqdan müalicə, 430-u isə təkrar müraciətlər, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicə prosedurları və digər məsələlərlə bağlı olub.
Müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti qurumlara 118 məktub göndərilib.
Hesabat dövründə Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədilə 54 434 nəfər Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə istiqamətləndirilib.
Onlardan narkotik vasitələrdən istifadənin müəyyən edilməsi məqsədilə 3 778 nəfər tibbi müayinədən keçirilib. Müayinə olunanlardan 1 851 nəfərin narkotik istifadəçisi olduğu müəyyən edilib və bununla bağlı zəruri tədbirlər görülüb", - deyə məlumatda qeyd edilib.
Комментарии
Загрузка…
Оставить комментарий