AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Kemal Memişoğlu deyib.

Nazir ölkənin səhiyyə sistemində son 25 ildə böyük inkişaf əldə edildiyini bildirib. Onun sözlərinə görə, hazırda ildə 3 milyondan çox xarici vətəndaş müalicə üçün Türkiyəyə gəlir və ölkə digər dövlətlərə də səhiyyə sahəsində dəstək göstərir.

Memişoğlu bildirib ki, Türkiyədə körpə ölümü göstəricisi 2002-ci ildə hər 1000 doğuşa 31,5 nəfər olduğu halda, 2025-ci ildə bu rəqəm 7,8-ə enib. Orqan bağışlanması üçün "e-Devlet" və "e-Nabız" sistemlərindən istifadə imkanının yaradıldığını, bağışlanma sayının 250 minə çatdığını deyib.

Nazir, həmçinin 8 yerli peyvəndin istehsalı üzrə hazırlıq aparıldığını, ən azı 6 peyvəndin istehsalına yaxın həftələrdə başlanacağını bildirib. Bundan əlavə, iki il ərzində ultrasəs cihazlarının 70 faizdən çoxunun ölkədə istehsal ediləcəyini qeyd edib.