Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr Nəbatiyyə şəhəri və Ənsar qəsəbəsi ərazisindəki infrastruktur obyektlərinə endirilib.

İsrail tərəfinin versiyasına görə, bu addım "Hizbullah"ın Livanın cənubunda silahlı dəstələrinin Əli ət-Tahir dağ silsiləsi ərazisində İsrail hərbçilərinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq atılıb.

"İsrail Müdafiə Qüvvələri Hizbullah terror təşkilatının İsrailin mülki əhalisinə və İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə zərər vurmasına imkan verməyəcək və təhdidlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə IDF-in bəyanatında bildirilib.