AZƏRTAC xəbər verir ki, yarış Stokholmun mərkəzindəki Riddarfyörden körfəzində keçirilir və dünyanın hər yerindən komandaları bir araya gətirib.
Turnir iki ildən çoxdur ki, dünya çempionatına hazırlaşan "Gamla Stans Yacht Sällskap" yaxta klubu tərəfindən təşkil olunub. Layihənin meneceri Maqnus Mührenberqin sözlərinə görə, yarışın əsas məqsədi İsveçdə və Skandinaviya ölkələrində bu yelkənli idman növünə marağı artırmaqdır.
"Team Kroken" komandası turnirdə uğurlu başlanğıc edərək İsveçi çempionatda təmsil edir. Komanda qeyd edib ki, doğma sular və azarkeşlərin dəstəyi idmançılar üçün əlavə motivasiya yaradır.
Yarışçılar ümid edirlər ki, dünya çempionatına ev sahibliyi etmək yeni yaxta klublarının cəlb olunmasına və bu sahənin coğrafi əhatə dairəsinin genişləndirilməsinə kömək edəcək. Hazırda İsveçdə belə klublar azdır və bu da yarışların sayını məhdudlaşdırır. Təşkilatçılar gələcəkdə Şimali Avropanın bütün ölkələrinin layihəyə qoşulacağına və Skandinaviya çempionatının keçiriləcəyinə ümid edirlər.
Комментарии
Загрузка…
Оставить комментарий