"Neftçi" basketbol komandası heyətini yeni transferlə gücləndirib. Klubdan AZƏRTAC-a verilən məlumata görə, Bakı təmsilçisi amerikalı müdafiəçi Cerod Robinson ilə müqavilə imzalayıb. 25 yaşlı oyunçu cari mövsümün sonunadək "Neftçi"nin şərəfini qoruyacaq.