- Заместитель премьер-министра и министр иностранных дел Пакистана Мухаммад Исхак Дар высоко оценил вклад посла Азербайджана Хазара Фархадова в укрепление двусторонних отношений.
- Дар провел прощальную встречу с послом Азербайджана.
- Хазар Фархадов был отозван с поста посла в Пакистане и назначен послом в Малайзии.
- Дар пожелал послу успехов на новой должности и передал наилучшие пожелания президенту Азербайджана Ильхаму Алиеву и министру иностранных дел Джейхуну Байрамову.
- Посол поблагодарил за поддержку и высоко оценил усилия Пакистана в достижении устойчивого мира в регионе.
"Bu gün Baş nazirin müavini və xarici işlər naziri, senator Məhəmməd İshaq Dar Azərbaycanın səfiri Xəzər Fərhadovu vida görüşünə qəbul edib. Baş nazirin müavini və xarici işlər naziri X.Fərhadovun Pakistan və Azərbaycan arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirib", - deyə paylaşımda bildirilib.
Dar Azərbaycan səfirinə yeni vəzifəsində uğurlar arzulayıb, həmçinin Azərbaycan Prezidenti İlham Əliyevə və xarici işlər naziri Ceyhun Bayramova ən xoş arzularını və şəxsi salamlarını çatdırıb.
"Səfir vəzifədə olduğu müddətdə ona göstərilən dəstəyə görə Baş nazirin müavini və xarici işlər nazirinə təşəkkür edib. O, Pakistanın regionda davamlı sülhün əldə olunması istiqamətində fəal səylərini yüksək qiymətləndirib", - deyə nazirlik əlavə edib.
Azərbaycan və Pakistan sıx siyasi əlaqələr saxlayır və ticarət, energetika, nəqliyyat əlaqələrinin inkişafı, müdafiə və regional təhlükəsizlik də daxil olmaqla, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyini mütəmadi olaraq vurğulayırlar.
Qeyd edək ki, daha əvvəl Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Xəzər Fərhadov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb. Digər sərəncama əsasən, o, Azərbaycan Respublikasının Malayziyadakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
Комментарии
Загрузка…
Оставить комментарий