- На пляжи Камбрии в Великобритании выбросило тысячи синих морских существ, похожих на медуз.
- Местная жительница Луиза Николсон сначала приняла их за водоросли.
- Существа оказались велеллами (Velella), также известными как 'парусники'.
- Велеллы - колониальные морские организмы, родственные медузам и полипам.
- Они передвигаются по поверхности воды с помощью сине-фиолетового треугольного 'паруса'.
Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə BBC məlumat yayıb.
Yerli sakin Luiza Nikolson bildirib ki, əvvəlcə sirli canlıları yosun hesab edib və onlara toxunmaq istəyib.
"Onlar həqiqətən çox gözəldirlər, təxminən cəmi beş santimetr ölçülərindədirlər", - deyə o əlavə edib.
Sonradan məlum olub ki, Nikolsonun gəzdiyi sahili velellalar (Velella) və ya "yelkənçilər" adlanan dəniz canlıları bürüyüb.
Velella meduzalar və poliplərlə yaxın qohum olan kolonial dəniz canlısıdır. Dənizin dibinə yapışaraq yaşayan əksər poliplərdən fərqli olaraq, velella mavi-bənövşəyi rəngli üçbucaqlı "yelkəni" vasitəsilə suyun səthində sürüklənərək hərəkət edir. O, suya sallanan tentakulları ilə planktonu tutaraq qidalanır.
Çoxalma zamanı isə kiçik meduzalar tumurcuqlayır və onlar sonradan yeni velella koloniyalarının yaranmasına səbəb olur.
Комментарии
Загрузка…
Оставить комментарий