- Швейцария готова поддержать Азербайджан в гуманитарном разминировании.
- Заявление сделано на совместном брифинге в Баку главой МИД Швейцарии Игнасио Кассисом и главой МИД Азербайджана Джейхуном Байрамовым.
- Швейцария выделила 100 млн швейцарских франков (около 120 млн долларов США) на разминирование Украины.
- Швейцария участвует в гуманитарном разминировании в странах, где минная опасность сохраняется 30-50 лет после окончания войн.
- Игнасио Кассис отметил, что разминирование необходимо для безопасной жизни и сельскохозяйственного использования земель.
İ.Kassis bildirib ki, İsveçrə hərbi deyil, yalnız humanitar minatəmizləmə sahəsində fəaliyyət göstərir və bu, ölkənin neytrallıq siyasətindən irəli gəlir.
"Humanitar minatəmizləmə İsveçrə üçün çox mühüm istiqamətdir. Ukraynanın ərazilərinin minalardan təmizlənməsinə dəstək məqsədilə 100 milyon İsveçrə frankı ayırmışıq. Bu məbləğ təxminən 120 milyon ABŞ dollarına bərabərdir və bizi bu sahədə Ukraynanın üçüncü ən böyük donoruna çevirib", - deyə o bildirib.
Nazir qeyd edib ki, bu, yalnız bir nümunədir və İsveçrə müharibələrin başa çatmasından 30-50 il sonra belə mina təhlükəsinin davam etdiyi bir çox ölkədə humanitar minatəmizləmə layihələrində iştirak edir.
"Mina təhlükəsi uzun illər qalır. Torpaqların yenidən kənd təsərrüfatında istifadə olunması, insanların təhlükəsiz yaşaması və uşaqların rahat oynaya bilməsi üçün minaların təmizlənməsi bəzən onilliklər tələb edir", - deyə İ.Kassis vurğulayıb.
O əlavə edib ki, mina məsələsi ATƏT üçün də mühüm mövzulardan biridir. Bununla belə, hazırda ATƏT ilə Azərbaycan arasında bu sahədə həyata keçirilən konkret layihələr barədə dəqiq məlumat verə bilməyəcəyini bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий