Bundan əlavə, Hüseyn Həsənov 1 milyon rubl məbləğində cərimə ödəməli olacaq və iki il müddətində internetin Rusiya seqmentində kontent paylaşmaq hüququndan məhrum edilib.

Həmçinin onun dəyəri 46 milyon rubl (təxminən 575 min ABŞ dolları) qiymətləndirilən "Moscow City" kompleksindəki mənzili müsadirə olunub.

İstintaqın qənaətinə görə, fərdi sahibkar kimi fəaliyyət göstərən Hüseyn Həsənov 170 milyon rubldan artıq məbləğdə vergi ödəməkdən yayınıb.