- Президент США Дональд Трамп обвинил руководство Ирана в лицемерии и заявил, что Тегеран никогда не получит ядерное оружие.
- Трамп сообщил, что Ормузский пролив находится под контролем ВМС США, и назвал блокаду 'стальной стеной США'.
- Трамп заявил, что до достижения соглашения или полной капитуляции Ирана в страну ничего не будет ввозиться и вывозиться.
- США работают над решением иранской проблемы в течение многих лет.
Tramp bildirib ki, İran rəsmiləri bir tərəfdən yaxın vaxtlarda danışıqların davam etdirilməsi üçün görüş istədiklərini deyir, digər tərəfdən isə ictimai şəkildə heç bir müzakirənin aparılmadığını və yalnız Omanla əlaqə saxladıqlarını iddia edirlər.
ABŞ Prezidenti, həmçinin Hörmüz boğazının artıq ABŞ Hərbi Dəniz Qüvvələrinin nəzarətində olduğunu və Vaşinqtonun tətbiq etdiyi blokadanı "ABŞ-ın polad divarı" adlandırıb. Onun sözlərinə görə, razılaşma əldə olunmayınca və ya İran tam təslim olmayınca ölkəyə heç nə daxil olmayacaq və ölkədən heç nə çıxmayacaq.
Tramp əlavə edib ki, ABŞ uzun illərdir İranın yaratdığı problemin həlli üzərində işləyir və bir daha vurğulayıb ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq.
Комментарии
Загрузка…
Оставить комментарий