Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsində yük avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.

"Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə qüvvələri əraziyə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "Ford" markalı yük avtomobilində yanğın baş verdiyi məlum olub", - məlumatda bildirilib.

Qeyd edilib ki, yanğın yanğınsöndürənlər tərəfindən qısa müddətdə söndürülüb.