- Фильм '44' посвящен героизму азербайджанского народа в Отечественной войне.
- В фильме снимались азербайджанские актеры и турецкая актриса Озге Гюрель.
- Съемки проходили в Баку, Абшероне, Агдаме, Джебраиле, Физули, Горанбое, Гяндже, Ходжавенде, Хызы, Лерике и Шуше.
- Актеры прошли военно-тактическую подготовку на базе Сил специального назначения.
- Фильм является одним из крупнейших кинематографических проектов в истории Азербайджана.
"44" sadəcə müharibə haqqında film deyil. Bu ekran əsəri qəlbi Vətən sevgisi ilə döyünən, ümidini heç vaxt itirməyən və sona qədər torpaqlarının azadlığı uğrunda fədakarlıqla mübarizə aparan Azərbaycan xalqının hekayəsidir.
"44" bədii filmi istehsal miqyası, cəlb olunmuş mütəxəssislərin sayı, çəkiliş coğrafiyası, istifadə olunan texniki resursların həcmi və beynəlxalq əməkdaşlıq səviyyəsi baxımından Azərbaycan tarixində ən böyük kinematoqrafik layihələrdəndir.
Filmdə azərbaycanlı aktyorlarla yanaşı, Türkiyənin tanınmış aktrisası Özge Gürel də rol alıb. Çəkilişlərdən əvvəl aktyor heyəti Xüsusi Təyinatlı Qüvvələrin təlim-məşq bazasında hərbi-taktiki hazırlıq keçib.
Filmin çəkilişləri Bakı, Abşeron, Ağdam, Cəbrayıl, Füzuli, Goranboy, Gəncə, Xocavənd, Xızı, Lerik və Şuşada aparılıb.
Комментарии
Загрузка…
Оставить комментарий