- Короткометражный документальный фильм 'Addım' ('Step') включен в официальную программу международного кинофестиваля 'Dreamz Catcher' в Индии.
- Фильм посвящен жертве мины Хасану Али Заде, который получил тяжелые ранения в результате взрыва мины.
- Режиссер фильма - Эльнур Аббасов, продюсер - Рашад Мехдиев.
- Фильм создан по заказу Общественного объединения 'Gilavar Foto Klubu' при финансовой поддержке Агентства государственной поддержки неправительственных организаций.
- Производство фильма осуществила компания 'Today Media and Documentary'.
"Gilavar Foto Klubu" İctimai Birliyinin istehsalı olan qısametrajlı sənədli film beynəlxalq uğuruna imza atıb. Mina qurbanına həsr edilmiş "Addım" ("Step") filmi Hindistanda keçiriləcək "Dreamz Catcher" Beynəlxalq Film Festivalı tərəfindən rəsmi seçimə layiq görülərək sənədli filmlər kateqoriyasında nümayiş proqramına daxil edilib.
İctimai Birlikdən AZƏRTAC -a bildiriblər ki, sənədli filmin qəhrəmanı mina partlayışı nəticəsində ağır xəsarət alan Həsənəli Əlizadədir. Ekran əsəri onun həyat hekayəsini, mina faciəsinin insan taleyində buraxdığı dərin izləri və müharibədən sonrakı dövrdə mina təhlükəsinin yaratdığı humanitar problemləri tamaşaçıya çatdırır.
Filmin əsas məqsədi mina terrorunun ağır nəticələrini beynəlxalq auditoriyaya nümayiş etdirmək, qurbanların səsini dünyaya eşitdirmək və bu qlobal problemə ictimai diqqəti artırmaqdır.
Bu ekran əsərinin beynəlxalq festivalın rəsmi seçim proqramına daxil edilməsi Azərbaycan sənədli kinosunun, eləcə də ölkəmizdə istehsal olunan sosial mövzulu filmlərin xaricdə tanınması baxımından xüsusi əhəmiyyət daşıyır.
Filmin rejissoru Elnur Abbasov, prodüseri isə Rəşad Mehdiyevdir.
Qeyd edək ki, "Addım" ("Step") filmi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə, "Gilavar Foto Klubu" İctimai Birliyinin sifarişi əsasında "Today Media and Documentary" tərəfindən istehsal olunub.
Комментарии
Загрузка…
Оставить комментарий