O, bu barədə "Fox News" telekanalına müsahibəsində danışıb.

"Yaxın vaxtlarda münaqişəyə son qoymaq üçün danışıqları bərpa etməyin mümkün olub-olmadığını anlamaq məqsədilə səylərimizi gücləndirəcəyik", - deyə Rubio bildirib.

Dövlət katibi vurğulayıb ki, Vaşinqton hər iki tərəfin nəzərə alınmalı olan "qırmızı xətlər"inin mövcudluğunu anlayır və kompromisə nail olmaq üçün bunlar diqqətə alınmalıdır.

O əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp belə bir imkan yaranacağı təqdirdə Moskva ilə Kiyev arasında danışıqlara dəstək verməyi öz komandasına tapşırıb.