Vaşinqton bu şirkətlərin məhsullarının Sincan Uyğur Muxtar Bölgəsində məcburi əməyin nəticəsində istehsal olunduğunu əsas gətirərək onların ABŞ-a idxalını qadağan edib.

Yeni qərarla sanksiya siyahısındakı şirkətlərin sayı 187-yə yüksəlib ki, bu da əvvəlki göstəricidən təxminən 30 faiz çoxdur.

Bu, indiyədək bir dəfəyə ən çox Çin şirkətinin siyahıya salındığı qərar hesab olunur və 3 avqustdan qüvvəyə minəcək.

ABŞ administrasiyası bildirir ki, məqsəd Amerika bazarına məcburi əməyin nəticəsində istehsal olunduğu iddia edilən məhsulların daxil olmasının qarşısını almaqdır. Çin isə bu ittihamları rədd edir.