- TƏBİB опроверг информацию о том, что пациенты оплачивают медицинские расходы в Сабунчинском медицинском центре.
- 30 июля гражданин Фарид Фуад оглы Байрамов обратился в отделение скорой помощи Сабунчинского медицинского центра и получил необходимую медицинскую помощь.
- Из-за большого количества обращений возникла временная нехватка некоторых медицинских материалов, но они были оперативно предоставлены из другого отделения.
- В социальных сетях распространились видео с утверждениями, что больница не предоставляет бинты, гипс и перевязочные материалы, а врач якобы купил их за свой счет.
- TƏBİB заявил, что контрольные меры усилены для предотвращения подобных ситуаций.
Bu barədə Trend -in sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, iyulun 30-da vətəndaş Fərid Fuad oğlu Bayramov Sabunçu Tibb Mərkəzinin Təcili Tibbi Yardım şöbəsinə müraciət edib və ona zəruri tibbi xidmət göstərilib:
"Həmin tarixdə şöbəyə daxil olan çoxsaylı müraciətlər səbəbindən bəzi tibbi ləvazimatların ehtiyatında müvəqqəti məhdudiyyət yaranıb. Pasiyentin sağlamlıq vəziyyətini nəzərə alaraq, ona göstəriləcək zəruri tibbi xidmətin operativ şəkildə həyata keçirilməsi vacib olduğu üçün tibbi ləvazimatların bir hissəsi digər şöbədən təmin olunub. Bu zaman zərfi ərzində tibbi xidmətin təmin olunmasında fasilə yaransa da, vətəndaşa tələb olunan tibbi xidmət tam şəkildə icra olunub".
Vurğulanıb ki, tibbi sərfiyyatın təmin olunmasının vətəndaş tərəfindən qarşılanması həqiqəti əks etdirmir:
"Sabunçu Tibb Mərkəzi tərəfindən vətəndaşlara keyfiyyətli və fasiləsiz tibbi xidmətin göstərilməsi daim diqqət mərkəzində saxlanılıb, oxşar halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri daha da gücləndirilib".
Qeyd edək ki, sosial mediada Sabunçu xəstəxanasına bint, gips, sarğı kimi məhsullar verilmədiyini iddia edən görüntülər yayılıb. Vətəndaşın iddiasına görə, o şikayət etdikdən sonra yaxınlaşan həkim sarğı ləvazimatlarını öz cibindən aldığını bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий