Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.
Məlumata görə, sərnişindaşıma xidmətinin keyfiyyətinin artırılması məqsədilə marşrut xəttində istismar olunan dizel mühərrikli avtobuslar CNG texnologiyası ilə təchiz edilmiş, böyüktutumlu "Iveco" markalı avtobuslarla əvəz olunacaq.
Bildirilib ki, marşrut üzrə ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək. Gedişhaqqı isə 0,60 manat təşkil edəcək.