Day.Az xəbər verir ki, bu barədə Gürcüstan DTX məlumat yayıb.
Bildirilir ki, ölkə daxilində təkrarlanan irimiqyaslı elektrik kəsintiləri ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 318-ci (təxribat) maddəsi ilə istintaq başladılıb. Qanunvericiliyə əsasən, bu maddə ölkənin dövlət maraqlarına zərər vurmaq məqsədilə mühüm obyektlərin və ya müəssisələrin normal fəaliyyətinin pozulmasını nəzərdə tutur.
DTX istintaqın gedişi barədə ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılacağını bildirib.
Комментарии
Загрузка…
Оставить комментарий