Day.Az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.

Məlumata görə, əyalət rəhbərliyi havanın həddindən artıq isti keçməsi və elektrik enerjisi sistemində yüklənmənin qarşısını almaq məqsədilə sözügedən qərarı qəbul edib.

Bildirilib ki, istilərin yaratdığı mənfi təsirləri minimuma endirmək və enerji təchizatında sabitliyi qorumaq üçün Kirman əyalətində fəaliyyət göstərən bütün dövlət idarələri və təhsil müəssisələri sabah bağlı olacaq.

Qərar təcili tibbi yardım xidmətləri, səhiyyə müəssisələri, kommunal və xidmət sahələri, hərbi və təhlükəsizlik qurumları, eləcə də əvvəlcədən müəyyən edilmiş bank və sığorta filiallarına şamil olunmayacaq.

Qeyd edək ki, isti və yarımsəhra iqlimi ilə tanınan Kirman əyalətində son illər rekord temperatur göstəriciləri qeydə alınır. Uzunmüddətli isti hava dalğalarının isə həm gündəlik həyata, həm də elektrik enerjisi istehlakına ciddi təsir göstərdiyi bildirilir.