O qeyd edib ki, başa çatmış nəzarət tədbirləri zamanı ümumilikdə 160 milyon manatdan çox maliyyə pozuntusu aşkarlanıb.

"Aşkarlanan məbləğin 49,8 milyon manatı büdcəyə dəymiş ziyandır. 35 milyon manatla bağlı aidiyyəti qurumlara ziyanın bərpası barədə qərarlar göndərmişik. Təqribən 14 milyon manatla bağlı isə hüquq-mühafizə orqanlarına materiallar təqdim etmişik", - deyə V.Gülməmmədov bildirib.

Qeyd edək ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədovun Trend Beynəlxalq İnformasiya Agentliyinə və İctimai Televiziyaya verdiyi birgə müsahibə iyulun 22-də saat 21:00-da tam şəkildə yayımlanacaq.