Day.Az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən Modern.az-a sənədləşmə prosesinin maksimum dərəcədə sürətləndirildiyi bildirilib.

"Diplom təhsilalanlar təhsil müəssisəsini bitirdikdən sonra 10 (on) iş günü müddətində hazırlanır. Tələbələr məzun olduqdan sonra onlar müvafiq diplomla təmin ediləcəklər", - qeyd olunub.

Agentlikdən həmçinin vurğulanıb ki, hazırda yeni sistemin tətbiqi və proseslərlə bağlı hər hansı gecikmə müşahidə olunmur. Beləliklə, elektronlaşma sayəsində məzunların aylarla diplom gözləmək məcburiyyətinə son qoyulur.