- ANAMA отмечает профессиональный праздник
- Основана 18 июля 1998 года указом Гейдара Алиева
- Реорганизована 15 января 2021 года указом президента
- Занимается разминированием освобожденных территорий после войны
ANAMA-nın əsası 1998-ci il iyulun 18-də Ümummilli Lider Heydər Əliyevin 854 saylı Sərəncamı ilə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik kimi qoyulub.
Sonradan Azərbaycan Respublikası Prezidentinin 15 yanvar 2021-ci il tarixli 1251 saylı Fərmanına əsasən, həmin qurumun bazasında publik hüquqi şəxs statuslu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) yaradılıb.
Agentlik öz səlahiyyətləri çərçivəsində Azərbaycan vətəndaşlarının minalar və digər partlayıcı qurğuların yaratdığı təhlükədən uzaq, təhlükəsiz mühitdə yaşamasını təmin etməyə çalışır. Bu məqsədlə minatəmizləmə potensialının gücləndirilməsi, eləcə də mina əleyhinə fəaliyyət sahəsində tədqiqat və inkişaf prosesinin dəstəklənməsi üçün informasiya texnologiyaları imkanları genişləndirilir.
Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbədən sonra ANAMA-nın fəaliyyət istiqamətləri daha da genişlənib. Agentlik işğaldan azad edilmiş ərazilərin, eləcə də müharibə və hərbi əməliyyatlardan zərər çəkmiş digər ərazilərin kimyəvi silahlar istisna olmaqla minalardan, partlamamış hərbi sursatlardan, tərkibində partlayıcı maddələr olan qurğulardan və digər partlayıcı müharibə qalıqlarından təmizlənməsini həyata keçirir. Bununla yanaşı, həmin vasitələrin müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi, eləcə də bu sahədə fəaliyyətin təşkili, planlaşdırılması, əlaqələndirilməsi və idarə olunmasını təmin edir.
Комментарии
Загрузка…
Оставить комментарий