- Apple обогнала Nvidia по рыночной капитализации, став самой дорогой публичной компанией в мире.
- 17 июля акции Nvidia упали на 3,7%, капитализация снизилась до 4,8 трлн долларов.
- Акции Apple выросли на 0,4%, капитализация достигла 4,9 трлн долларов.
- Nvidia лидировала по рыночной стоимости с мая 2025 года.
- В октябре прошлого года капитализация Nvidia достигала 5 трлн долларов.
"Apple" korporasiyası bazar kapitallaşmasına görə qrafik prosessorlar istehsalçısı "Nvidia" şirkətini geridə qoyaraq dünyanın ən bahalı açıq səhmdar şirkəti olub.
Bu barədə "Bloomberg" məlumat yayıb.
İyulun 17-də "Nvidia"nın səhmləri 3,7 faiz ucuzlaşıb və nəticədə şirkətin bazar kapitallaşması 4,8 trilyon dollara enib. Bununla yanaşı, "Apple"ın səhmləri 0,4 faiz bahalaşıb və şirkətin bazar kapitallaşması 4,9 trilyon dollara çatıb.
Nvidia 2025-ci ilin may ayından etibarən birja dəyərinə görə ən bahalı şirkətlər siyahısına liderlik edirdi. Ötən ilin oktyabrında isə şirkətin bazar kapitallaşması 5 trilyon dollara çatmışdı.
Комментарии
Загрузка…
Оставить комментарий