- С 18 июля возобновляется работа экспресс-маршрута №150E, соединяющего транспортно-пересадочный узел 'Короглу' с центром отдыха Sea Breeze.
- Маршрут будет работать по субботам и воскресеньям с 07:00 до 22:00 с интервалом 30 минут.
- Оплата проезда безналичная, стоимость проезда 0,90 AZN.
- Автобусы большого класса будут делать остановки в нескольких промежуточных пунктах.
"Koroğlu" NMM-i Sea Breeze ilə əlaqələndirən ekspres marşrutu fəaliyyətə başlayır.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yay günlərində paytaxtdan ətraf qəsəbələrə, o cümlədən çimərlik ərazilərinə sərnişin axınının artmasını nəzərə alınaraq iyulun 18-dən "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzini Sea Breeze istirahət mərkəzi ilə əlaqələndirən 150E nömrəli ekspres marşrutunun fəaliyyəti bərpa olunur.
Həftənin şənbə və bazar günləri metronun "Koroğlu" stansiyasının cənub çıxışından ("Piramida" tərəf) başlanğıcını götürən avtobusların marşrut boyu bir neçə aralıq məntəqədə dayanması təmin ediləcək.
- Heydər Əliyev prospekti (Yerüstü piyada keçidi, Bakıxanov qəsəbəsi);
- Bakı Ekspo Mərkəzi (Yeni Suraxanı qəsəbəsi);
- Mərdəkan prospekti (Binə qəsəbəsi);
- Mərdəkan prospekti (Qala yolu ilə kəsişmə);
- 5 nömrəli Bakı Peşə Məktəbi (Buzovna qəsəbəsi);
- Bilgəh-Pirşağı yolu (çimərlik ərazisi);
Böyüktutumlu avtobuslar sərnişinlərə saat 07:00-dan 22:00-dək 30 dəqiqə hərəkət intervalı ilə xidmət göstərəcək.
Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,90 AZN müəyyən edilib.
Комментарии
Загрузка…
Оставить комментарий