- Агентство морского и портового транспорта Азербайджана обратилось к азербайджанским морякам
- В последние месяцы поступали сообщения о гибели азербайджанских моряков на судах под флагами других государств
- Агентство отмечает высокие риски безопасности в бассейне Черного и Азовского морей, а также в Ормузском проливе и Персидском заливе
- Моряков призывают избегать поездок в зоны военных действий и тщательно оценивать риски
- Судоходные компании призывают уделять первостепенное внимание безопасности моряков
Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib.
Bu barədə agentliyin Mətbuat xidməti məlumat yayıb.
Agentlik son aylarda xarici sularda müxtəlif dövlətlərin bayraqları altında üzən gəmilərdə çalışan azərbaycanlı dənizçilərin həlak olması ilə bağlı xəbərlərin dərin kədər hissi ilə qarşılandığını bildirib.
Qurum həlak olan dənizçilərə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbr diləyib.
Agentlik xüsusilə Qara və Azov dənizləri hövzəsində, eləcə də Hörmüz boğazı və Fars körfəzində təhlükəsizlik risklərinin yüksək olduğunu vurğulayaraq, Azərbaycan dənizçilərini həyat və sağlamlıqlarını hər şeydən üstün tutmağa çağırıb.
Bildirilib ki, dənizçilər müharibə zonalarına və ya aktiv hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərə razılıq verməzdən əvvəl mövcud riskləri diqqətlə qiymətləndirməli, rəsmi qurumların təhlükəsizliklə bağlı xəbərdarlıq və təlimatlarını nəzərə almalı, mümkün olduğu hallarda isə belə səfərlərdən çəkinməlidirlər.
Eyni zamanda, gəmiçilik şirkətləri və aidiyyəti qurumlar dənizçilərin həyat və təhlükəsizliyini prioritet hesab etməyə, onları müharibə riskinin yüksək olduğu bölgələrə göndərərkən bütün təhlükəsizlik tədbirlərini görməyə və imkan daxilində belə marşrutlardan istifadə etməməyə çağırılıb.
Agentlik bütün dənizçiləri ehtiyatlı olmağa, özlərinin və ailələrinin təhlükəsizliyini düşünməyə, müharibə zonalarından uzaq durmağa səsləyib.
Комментарии
Загрузка…
Оставить комментарий