- Посол Камбоджи Сок Чеа ознакомился с деятельностью ASAN xidmət
- ASAN xidmət будет внедрен в Камбодже в ближайшее время
- Меморандум о взаимопонимании подписан в декабре прошлого года
- ASAN xidmət сотрудничает с более чем 35 странами по экспорту бренда
Kambocada qısa müddətdə "ASAN xidmət" təcrübəsi tətbiq olunacaq.
Day.Az xəbər verir ki, bu barədə "ASAN xidmət" məlumat yayıb.
Bildirilib ki, Kamboca Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sok Çea "ASAN xidmət"in fəaliyyəti ilə tanış olub.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış "ASAN xidmət" mərkəzləri və burada tətbiq olunan innovasiyalar barədə məlumat verib. Milli brendimiz olan "ASAN xidmət"in 35-dən çox ölkəyə ixracı istiqamətində əməkdaşlıq edildiyi diqqətə çatıdırılıb.
Həmçinin görüş zamanı ötən ilin dekabr ayında Kambocanın müvafiq qurumu ilə imzalanmış Anlaşma Memorandumunun icrası istiqamətində görülən işlər müzakirə olunub.
Комментарии
Загрузка…
Оставить комментарий