- Прием в подготовительные группы на 2026-2027 учебный год будет активизирован на следующей неделе.
- Точные даты регистрации будут объявлены в ближайшие дни.
- В прошлом учебном году 86 532 ребенка были вовлечены в подготовительные группы.
- В этом году около 81 000 детей автоматически перешли в первый класс из подготовительных групп.
- Более 115 000 детей уже зачислены в первый класс на 2026-2027 учебный год.
Day.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 2026-2027-ci tədris ili üzrə uşaqların məktəbəhazırlıq qruplarına qəbul prosesinin növbəti həftə ərzində aktivləşdirilməsi nəzərdə tutulur.
"Qeydiyyat ilə bağlı dəqiq tarixlər, həmçinin digər məlumatlar yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq", - mətbuat xidmətinin məlumatında bildirilib.
Qeyd edilib ki, valideynlərdən qəbul prosesi ilə bağlı yenilikləri Agentliyin rəsmi internet resursları vasitəsi ilə izləmələri tövsiyə olunur.
Xatırladaq ki, ötən tədris ilində 86 min 532 uşaq məktəbəhazırlıq qruplarında təlim-tədrisə cəlb edilib. Bu il Azərbaycan bölməsi üzrə 81 minə yaxın çox uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçirilib. 2026-2027-ci tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin son məlumatlarına əsasən artıq 115 min nəfərdən çox uşağın birinci sinfə qəbulu tamamlanıb.
Комментарии
Загрузка…
Оставить комментарий