Day.Az xəbər verir ki, xüsusilə qastrit, mədə xorası, qıcıqlanmış bağırsaq sindromu, fruktoza mənimsənilməsi pozğunluğu və şəkərli diabeti olan şəxslərə acqarına meyvə yemək tövsiyə edilmir.

Mütəxəssislər meyvələrin günün birinci yarısında qəlyanaltı kimi və ya əsas yeməkdən təxminən iki saat sonra qəbul edilməsini, diabet xəstələrinin isə onları zülallı qidalarla birlikdə istehlak etməsini məsləhət görürlər.