- Сборная Азербайджана по вольной борьбе U20 завоевала 2 золотые, 2 серебряные и 4 бронзовые медали на чемпионате Европы в Скопье.
- Команда набрала 170 очков, заняв второе место в командном зачете после России (194 очка).
- Армения заняла третье место с 118 очками.
- Сборная обновила два рекорда: по количеству завоеванных медалей и набранных очков.
- Золотые медали выиграли Гаджи Керимов (70 кг) и Юсиф Дурсунов (125 кг).
İdman.Biz xəbər verir ki, yığmamız qitə birinciliyində iki qızıl, iki gümüş və dörd bürünc medal qazanıb.
Millimiz 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194 xal) sonra ikinci yeri tutub. Ermənistan isə 118 xalla üçüncü pillədə qərarlaşıb.
Azərbaycan yığması bu nəticə ilə iki rekordu yeniləyib. Gənclərdən ibarət komandamız qazandığı medalların sayına və topladığı xala görə tarixinin ən yaxşı nəticəsinə imza atıb.
Böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq) qızıl medal qazanıblar.
Camal Abbasov (61 kq) və Nurlan Ağazadə (74 kq) gümüş, Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq) isə bürünc medala sahib çıxıblar.
Комментарии
Загрузка…
Оставить комментарий