İdman.Biz xəbər verir ki, 66 kq-dək çəki dərəcəsində mübarizə aparan idmançımız turnir ərzində Qazaxıstan, Türkiyə və Gürcüstan təmsilçilərinə qalib gəlib.

Fərhad Quliyev yarımfinalda Türkiyənin digər cüdoçusunu məğlub edərək yarışın finalına yüksəlib.

Həlledici görüşdə rəqibinə yalnız əlavə vaxtda uduzan Azərbaycan təmsilçisi Avropa Kubokunun gümüş medalını qazanıb.