Qəbələdə baş verən yanğında iki avtomobil yanıb.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, yanğın hadisəsi Qəbələ rayonuun Xırxatala kəndində baş verib.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın zamanı 1966-cı il təvəllüdlü Alıbəyov Əfqan Mustafa oğluna məxsus sahəsi 175 k/m olan talvarın 8 k/m sahədə divar hissəsi, "FORD Transit" markalı yük avtomobili və "Volkswagen Passat" markalı minik avtomobili tanamilə yanıb.