Day.Az xəbər verir ki, ekspertlər əsas əlamətlər kimi aşağı göz qapağının daxili hissəsinin solğunlaşması, gözaltı tünd dairələr, gözlərdə quruluq və qaşınma, dərinin solğun görünməsi, eləcə də ağız kənarlarında çatlar və yaraların yaranmasını göstərirlər.

Mütəxəssis vurğulayıb ki, bu əlamətlər başqa səbəblərlə də əlaqəli ola bilər. Xüsusilə yorğunluq, nəfəs darlığı və başgicəllənmə ilə birlikdə müşahidə olunarsa, həkimə müraciət etmək və müvafiq analizlər vermək tövsiyə edilir.

Ekspert xəbərdarlıq edib ki, həkim məsləhəti olmadan dəmir preparatlarının qəbuluna başlamaq düzgün deyil. Onun sözlərinə görə, dəmirin normadan artıq qəbulu orqanizm üçün zərərli ola və ciddi fəsadlara səbəb ola bilər.