- Президент Азербайджана Ильхам Алиев посетил село Кичик Галадереси в Шуше
- В селе восстановлено 26 из 66 домов, 21 дом будет готов в следующем году
- Вернулись 15 семей (51 человек), до конца года вернутся еще 11 семей (45 человек)
- Проведены газовые и водопроводные линии, восстановлено электроснабжение, построены парк и площадь Флага
- Село было оккупировано армянскими силами в 1992 году, освобождено в 2023 году
Day.Az AZƏRTAC -a istinadən xəbər verir ki, Şuşa rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına kənddə görülmüş işlər barədə məlumat verdi.
Bildirildi ki, Kiçik Qaladərəsində 66 fərdi ev var. Onlardan 19-u yararsız, 47-si isə qismən yararlıdır. Bu evlərdən artıq 26-sı istismara hazırdır. Gələn il isə 21 ev hazır olacaq. İlkin mərhələdə kəndə 15 ailə (51 nəfər) qayıdıb. Bu ilin sonunadək isə daha 11 ailə (45 nəfər) qayıdacaq.
Kənddə sosial infrastrukturun yaradılması istiqamətində bir sıra işlər görülüb. Yeni qaz və su xətləri çəkilib, artezian quyusu bərpa edilib və hazırda 26 fərdi ev su şəbəkəsinə qoşulub, transformator məntəqəsi quraşdırılıb, elektrik hava xətləri bərpa olunub. Sakinlərin istirahəti üçün park və Bayraq Meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.
Qeyd edək ki, Kiçik Qaladərəsi Şuşa rayonunun Qaladərəsi kənd inzibati ərazi dairəsinə daxildir və rayon mərkəzindən 40 kilometr cənub-qərbdə yerləşir. Kənd 1992-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. 2023-cü ildə antiterror əməliyyatı nəticəsində kəndin işğalına son qoyulub.
İşğaldan əvvəl kənd sakinləri əsasən heyvandarlıq, tərəvəzçilik və arıçılıqla məşğul olublar. Kənddə orta məktəb, uşaq bağçası, mədəniyyət evi, kitabxana, tibb məntəqəsi və rabitə şöbəsi fəaliyyət göstərirdi.
Dövlətimizin başçısı kənd sakini Əsəd Əsədovun evində oldu.
Sonra Prezident İlham Əliyev kəndə qayıdan sakinlərlə görüşdü.
Комментарии
Загрузка…
Оставить комментарий